ABŞ hökumətinin nazirlik statusuna malik Maliyyə və Ticarət Departamentinə kiberhücum təşkil olunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu, son illərin ən irimiqyaslı hücumu olub. Ağ Evdən məsələdən xəbərdar olduqları və lazımi tədbirlərin görüləcəyi bildirilib. Hücumun arxasında Rusiyanın durduğu ilə bağlı iddialar səsləndirilib.
Həmçinin İsraildə gömrük sahəsində fəaliyyət göstərən 40-dan çox şirkətə də kiberhücum gerçəkləşdirilib. Bu yöndə araşdırmalar aparılır.