Mərakeşin paytaxtı Rabatda,Tilfet, Arfud, Zahura və digər şəhərlərində Qərbi Səhranın Mərakeşə birləşdirilməsi ilə bağlı böyük aksiyalar keçirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda ABŞ-ın Qərbi Səhranı Mərakeş ərazisi kimi tanımasından sonra çoxillik gərginlik yenidən alovlanıb. Mərakeş rəsmi şəkildə Qərbi Səhranı bütövlükdə nəzarəti altına alacağını açıqlayıb. Beynəlxalq dəstəyin qismən artması rəsmi Rabatın qərarlılığını daha da prinsipiallaşdırıb.
Qeyd edək ki, 1975-ci ildə Mərakeş Krallığının Qərbi Səhrada suverenliyini təmin etmək cəhdindən sonra ərazinin bir qismini nəzarətə götürə bilsə də, Əlcəzairin dəstəklədiyi "Polisairo Cəbhəsi" adlı silahlı təşkilat Qərbi Səhranın müstəqil dövlət olmalı olduğunu bəyan edərək silahlı mübarizəyə başlamışdı. BMT vasitəçiliyi ilə 1991-ci ildə atəşkəs imzalandı. Qərbi Səhranın statusunun danışıqlar masasında təsbit olunması prosesi başladıldı. Bu vaxta kimi yekun həllə nail olmaq mümkün olmayıb.