ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Tramp ölkəsindəki vaksinasiya prosesi barədə danışıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp həmçinin Ağ Ev əməkdaşları və özünün hamıdan əvvəl vaksin olunması ilə bağlı şayiələrə də aydınlıq gətirib.
"Yaxın vaxtlarda vaksin olunmağı planlaşdırmıram. Ağ Evdəkilərin də lazım olmadıqca digər vətəndaşlardan daha əvvəl vaksin olunmasını istəmirəm. Bu barədə qərarda dəyişiklik edəcəyəm. Təbii ki, uyğun zamanda vaksin olunmağı isə dörd gözlə gözləyirəm", - deyə ABŞ prezidenti əlavə edib.