İsrailin baş naziri Benyamin Netanyahu İranın dayandırılması ilə bağlı anlaşmadan danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin milli təhlükəsizlik məsələləri üzrə əməkdaşı Robert Obraynla Təl-Əvivdə görüşən Netanyahu bu mövzuya toxunub. İsrail baş naziri qeyd edib ki, ABŞ və ərəb ölkələri ilə İsrail arasında İranın dayandırılması barədə razılıq əldə olunub.

"Dünyada sülhə qarşı yönəlmiş böyük təhdidi önləmək üçün hamımız birləşməliyik. İran terror təşkilatlarını dəstəkləyir. İranın qarşısı alınmazsa, qlobal zorakı gücə çevriləcək", - deyə Benyamin Netanyahu bildirib.