ABŞ-ın Ohayo ştatındakı Eliria şəhərində yaşayan ovçu 28 yaşlı oğlunu maralla qarışdıraraq səhvən öldürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı Bradley Smith oğlu Andrey və dostları ilə birlikdə maral ovuna çıxıb. Kişilər təcrübəli ovçular olublar və son 20 ildə mütəmadi olaraq ova çıxırmışlar.
Hadisə yerli vaxtla 17:45 radələrində baş verib. Alaqaranlıqda ovçular narıncı ov geyimlərini geyinərək ova çıxıblar. Andrey ov paltarının geyinməyi unudub və atası təsadüfən ona tərəf atəş açıb. Andrey yerindəcə ölüb.
Mərhumun atasına qarşı ittiham irəli sürülməyib. Çünki Andrey ova çıxarkən təhlükəsizlik qaydalarını pozub və xüsusi geyimi geyinməyib.