Əfqanıstanın Nənqərhar əyalətində bomba partladılması nəticəsində 4 mülki şəxs həlak olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yol kənarına əvvəlcədən yerləşdirilmiş bomba ərazidən avtomobil keçən zaman işə salınıb.
Nəticədə partlayış baş verib və avtomobildəki 4 mülki şəxs həyatını itirib. Araşdırma aparılır. Məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.