Səudiyyə Ərəbistanında neft tankeri partladılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qırmızı dəniz sahillərindəki Ciddə limanında baş verib. Rəsmilər hadisəni "xarici qaynaqlı terror aktı" adlandırıb.
Tankerdə hadisə zamanı 22 heyət üzvü olsa da, xoşbəxtlikdən ölən və ya xəsarət alan olmayıb. Onlar təcili şəkildə Ciddə şəhərinə çıxmağı bacarıblar. Partlayış nəticəsində dənizə neft sızıntısı ehtimalı ilə bağlı sahil dövlətlərinə məlumat verilib.
Araşdırmalar davam etdirilir. Hadisəni hansı qüvvələrin törətməsi hələlik məlum deyil.