Türkiyənin Hatay şəhərində böyük yanğın meydana gəlib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə zeytun yağı fabrikində baş verib. Şiddətli külək yanğının ətrafa yayılmasına səbəb olub.

Fabrikə və ətraf obyektlərə böyük ziyan dəysə də, xoşbəxtlikdən ölüm qeydə alınmayıb. Yanğınsöndürənlər çətinliklə hadisənin qarşısını almağı bacarıblar.