Rusiyada son bir gündə daha 27 328 nəfərə COVID-19 diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 681 256 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 450 nəfər artaraq 47 391-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 124 797 nəfər sağalıb.