Ermənistan Respublika Partiyasının üzvü, keçmiş parlament spikeri Eduard Şarmazanov partiyadaşı Vaqram Baqdasaryan həbs təhlükəsi barədə danışıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Eduard Şarmazanov həbslərin bütün müxalifəti gözlədiyini bildirib.

"Paşinyan qorxusundan hamımızı həbs etmək istəyir",- deyə Şarmazanov əlavə edib.

Qeyd edək Serj Sarkisyanın partiyasının başqa üzvü olan Vaqram Baqdasaryan haqqında cinayət işi açılıb. O, Paşinyana sui-qəsd hazırlamaqda ittiham olunur. Həbs edilməsi gözlənilir.