Gürcüstanda parlamentin fəaliyyətə başlamasından sonra hakim Gürcü Arzusu Partiyasının lideri, oliqarx Bidzina İvanişvili baş nazirliyə namizədi açıqlayıb.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, hakim partiyanın namizədi Georgi Qaxariya olacaq. Faktı partiyanın mətbuat xidmətindən İraklı Kobaxidze də təsdiqləyib.
Yaxın günlərdə Gürcüstan qanunverici orqanında yeni hökumətin tərkibi barədə səsvermə keçirilməsi gözlənilir.