İran neft istehsalı və ixracı ilə bağlı siyasətini OPEK-lə razılaşdırmayacaq.

Unikal.org xəbər verir ki, bu barədə İranın rəsmi "IRNA" agentliyi məlumat yayıb. İranın neft naziri Bijan Zənqane bu mövzuya toxunub.

"İran neft hasilatını artırmaq üçün OPEK-dən icazə almayacaq", - deyə Zənqane bildirib. O qeyd edib ki, İran növbəti ildən gündəlik hasilatı 4.5 milyon barrelə çatdırmağı planlaşdırır. Hasilatın bir hissəsi xam neft, bir hissəsi isə qaz kondensatı olacaq. Bu miqdarın yarısından çoxu ixracat, yerdə qalan hissəsi isə daxili ehtiyaclar üçün nəzərdə tutulur.