Amerikanın Tennesi ştatının Çattanuqa şəhərinin 75 yaşlı sakini Pet Ormond universitetdə ilk dərsə qatıldıqdan 57 il sonra təhsilini tamamlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, həmin ildə 22 yaşlı nəvəsi Melodi də bakalavr dərəcəsini alıb.
Belə ki, 57 il öncə Ormond Atlantadakı Kenneso Dövlət Universitetinə (Kennesaw State University) daxil olub. Bir semestr oxuduqdan sonra dərsləri ataraq Çattanuqa şəhərinə köçüb və illərlə mühasib işləyərək ailəsinin qayğısına qalıb.
Qadın zaman-zaman yerli universitetdəki dərslərdə iştirak edib və yaxınları onu diplom almaq üçün təhsil müəssisəsinə qayıtmağa səsləyib. Təqaüdə çıxdıqdan sonra Ormond nəhayət xəyalını reallaşdırmaq qərarına gəlib. Bu qərara nəvəsinin Çattanuqadakı universitetinə keçmək istəyi də təsir edib.
Eyni ailənin üzvləri fərqli fakültələrdə oxuyublar və pandemiyadan əvvəl nadir hallarda dərs arası qarşılaşa biliblər. Lakin koronavirus yayılandan sonra hər ikisi distant təhsilə keçib.
Əyani təhsilin daha rahat olduğunu vurğulayan Pet müzakirələrdə iştirak etməkdən və müxtəlif insanlarla ünsiyyət qurmaqdan zövq aldığını etiraf edib. Qadın bu addımıyla başqalarını da ilhamlandıracağına ümid edir. O, nailiyyətləri ilə kifayətlənmir və yaxın gələcəkdə tarix üzrə dərəcə almağı da planlaşdırır.