Türkiy koronavirus əleyhinə vaksin istehsalında yeni mərhələyə keçməyi bacarıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Erciyes Universitetində başlayan araşdırmalar davam etdirilir. Bu barədə universitetin rektoru Mustafa Çalış məlumat verib.
O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən dəstəklənən vaksin araşdırmalarında "Faz-1" mərhələsi uğurla başa çatıb. Sınaqlar heç bir yan təsir nəticəsi göstərməyib. Hazırda "Faz-2" mərhələsinə keçid üçün işlər görülür.
Qeyd edək ki, Türkiyə yerli istehsalla yanaşı, Rusiya, Çin və Qərb ölkələrindən vaksin idxalı ilə bağlı anlaşmalar əldə edib.