Çin hökuməti "Alibaba" şirkətini cərimələyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cərimənin miqdarı 76 500 ABŞ dolları olub.Səbəb kimi şirkətin bazarda monopoliya yaratmaq cəhdləri göstərilib.
İnhisarçılğa qarşı mübarizə üzrə ixtisaslaşmış ali dövlət qurumu şirkətin monopoliyaya qarşı qanunvericiliyi pozduğu qənaətinə gəlib. Nəticədə şirkətin səhmləri də beynəlxalq birjada 2.6 faiz ucuzlaşmağa başlayıb.