Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yeni aksiya keçirilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, budəfəki aksiya Gümrü şəhərində keçirilib. Etirazçılar Paşinyanın dərhal və qeyd-şərtsiz istefa verməli olduğunu bildiriblər.

Etiraz aksiyasını müxalif Daşnaksütun Partiyasının yerli orqanı təşkil edib. Əraziyə polis qüvvələri yeridilib. Saxlanılanların və xəsarət alanların olduğu ilə bağlı məlumatlar var. Partiyanın yerli orqanı polislərdən yayınmaq üçün gün ərzində yeni aksiya ünvanı və vaxtını açıqlayacaqlarını elan ediblər. Aksiya bir neçə saat sonra yeni ünvanda davam etdiriləcək.