"Gmail"də problemlər yaranıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bütün dünyada bu platformalara daxil olmaq mümkün olmayıb.

"Google" şirkətinə məxsus olan platformada texniki nasazlıqlar meydana gəlib. "Google" axtarış sisteminin özü isə normal fəaliyyət göstərir. Şirkətdən heç bir açıqlama verilməyib. Problem hələ də davam etməkdədir.