Belçikada bu il II Dünya Müharibəsindən sonra ən çox ölüm faktı ortaya çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 2020-ci il başlayandan illik ortalamadan 14 400 sayda artıq insan həyatını itirib. İl ərzində 18 000 insan yalnız COVID-19-dan dünyasını dəyişib.
11 milyon əhaliyə malik Belçikada bu il ümumilikdə 110 000 şəxsin öldüyü bildirilir. 1968-ci ildə "Honkonq qripi" adlanan virusa görə 122 minə yaxın insanın ölümündən sonra bu ən yüksək göstəricidir. Hazırki sayda ölüm sonuncu dəfə II Dünya Müharibəsi zamanı müşahidə olunmuşdu.