Ermənistanda etirazçılar Yerevan-Vanadzor magistralını bağlayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə yolun Alagöz şəhərindən keçən hissəsində baş verib. Aksiyaçılar əllərində plakatlar tutaraq yolda canlı sipər əmələ gətiriblər.

Onlar baş nazir Nikol Paşinyan və bütövlükdə hökumət kabinəsi istefaya gedənə qədər yolu bağlı saxlayacaqlarını bəyan ediblər. Təhlükəsizlik qüvvələrinin aksiyanı dağıtdığı bildirilir. Bəzi aksiya iştirakçılarının ağır şəkildə döyüldüyü və həbs olunduğu deyilir.