İran prezidenti Həsən Ruhani ölkəsinin raket sistemləri istehsalından danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani bu mövzunun danışıqlar predmeti ola bilməyəcəyini söyləyib. İranın hərbi sənayesini inkişaf etdirmək hüququ olduğu bildirilib.

"ABŞ nümayəndələri çox çalışırdılar ki, raket sistemləri müzakirəyə çıxarılsın. Bundan imtina etdik. Cənab Bayden də bunu bilir. İranın raket sistemləri istehsalı danışıqlar predmeti ola bilməz", - deyə qeyd edən İran prezidenti bu sahədə istehsal prosesinin inkişaf etdirilməsinə davam olunacağını söyləyib.