Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinqlər və yürüşlər davam edir.

Unikal.org Sputnik Ermənistan-a istinadən xəbər verir ki, növbəti aksiya iştirakçıları Arabkir inzibati bölgəsindəki Praqa meydanından başlayaraq paytaxtın mərkəzinə doğru irəliləyiblər. Etiraz yürüşləri paytaxtda nəqliyyatın iflic olmasına səbəb olub.

İştirakçılar "Nikol vətən xainidir", "Nikolsuz Ermənistan" şüarlarını səsləndirirlər. Aktivistlər millət vəkillərini onlara qoşulmağa çağırıblar. Təşkilatçılar Paşinyan özü istefa etməsə, onu buna məcbur edəcəklərini deyiblər.