31 oktyabrda Gürcüstanda parlament seçkilərinin keçirilməsi və Gürcüstan parlamentinin yeni çağırışının fəaliyyətə başlaması ilə əlaqədar ATƏT PA-nın Prezidenti Georgi Tsereteli vəzifəsini tərk edib.
Unikal.org xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Bildirilib ki, G.Tseretelinin vəzifəsini assambleyanın vitse-prezidenti, Böyük Britaniyadan olan Peter Lord Bovness təhvil alıb.
Qeyd edək ki, Gürcüstanın müxalif “Avropalı Gürcüstan” partiyasının üzvü olan Georgi Tsereteli 2017-ci ildən ATƏT PA-nın Prezidenti idi.