Türkiyə XİN ABŞ-ın sanksiyalar tətbiq etmə qərarını qınayıb və cavab addımlarının atılacağını bildirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
"ABŞ-ın ölkəmizə qarşı birtərəfli sanksiyalarla bağlı qərarını qınayırıq və rədd edirik. Türkiyə bu qərara qarşı lazımlı addımlar atacaq ki, bu da əlaqələrimizə mənfi şəkildə təsir edəcək. Ölkəmiz milli təhlükəsizliyini təmin etmək üçün zəruri hesab etdiyi tədbirlərin görülməsindən çəkinməyəcək”.
ABŞ-ın Türkiyənin S-400 almasının NATO sistemləri baxımından zəifliklər yaradacağı iddialarının heç bir texniki əsasının olmadığı qeyd olunur.
"Türkiyə NATO-nun iştirakı ilə texniki işçi qrupu yaratmağı və dəfələrlə bu məsələni obyektiv və real əsasda, siyasi qərəzsiz həll etməyi təklif etdi. ABŞ-ı bu ədalətsiz sanksiya qərarına yenidən baxmağa dəvət edirik" .