Ərəb ölkələrində koronavirusla bağlı vəziyyət kəskinləşib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bütün ərəb dünyasında yoluxma və ölüm saylarında sıçrama yaşanıb.

Xüsusilə, İordaniya və Əlcəzairdə vəziyyət pisləşib. İordaniyada ölənlərin sayı 3 407-yə, ümumi yoluxanların sayı isə 262 477-yə çatıb. Əlcəzairdə isə ölüm sayı 2 603, yoluxma sayı isə 92 597 təşkil edib.