Afrika qitəsində koronavirusla bağlı durum gərgin olaraq qalır.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, qitədə son sutka ərzində 11 353 yeni yoluxma faktı qeydə alınıb. Ölənlərin sayında isə 312 artım yaşanıb.

Bununla da Afrika qitəsində ümumi yoluxma sayı 2 milyon 404 min 414 nəfər, ümumi ölüm sayı isə 55 740 nəfər olub.