Türkiyənin İstanbul şəhərində Adnan Oktar çetesinə qarşı əməliyyat keçirilib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Adnan Oktarla cinayət əlaqəsinə girməkdə şübhəli bilinən 23 şəxs saxlanılıb.
Onların arasında həkim, müəllim də olmaqla, bir çox peşə sahibinin Adnan Oktarın göstərişləri ilə hərəkət etdiyi və onun göstərişlərinin bəzən iş fəaliyyətini də əhatə etdiyi ilə bağlı məlumatlar var. Hazırda araşdırmalar və istintaq-əməliyyat tədbirləri davam etdirilir.