İsrailin Baş naziri Benyamin Netanyahu özünütəcridə yollandığını açıqlayıb.
Unikal.org xəbər verir ki, Netanyahu bu barədə “Twitter” hesabında yazıb.
Özünü yaxşı hiss etdiyini bildirən B.Netanyahu koronavirusun müəyyən edilməsi üçün iki dəfə testdən keçib və hər iki testin cavabı mənfi olub.