Şərqi Afrika regionunda yerləşən iki Afrika ölkəsi arasında diplomatik münasibətlərə son verilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Somali və Keniya arasında bütün əlaqələr kəsilib. Qərarı Somali tərəfi verib. Somali rəsmiləri hesab edir ki, Keniya hakimiyyəti Somalinin daxili işlərinə müdaxilə edir və hər zaman problemlər çıxmasına çalışır. Keniyadakı bütün diplomatik korpusu geri çağıran Somali keniyalı diplomatlara da ölkəni tərk etmək üçün 1 həftə vaxt verib.
Dəqiq səbəbin isə Somalidən müstəqilliyini birtərəfli qaydada elan edən tanınmamış "Somalilandiya" separatçı qurumunun başçısının Keniya prezidenti tərəfindən rəsmi şəxs kimi qəbul edilməsi olduğu bildirilir. Somali bunu ölkəsinin ərazi bütövlüyünə və suverenliyinə qarşı atılmış addım hesab edir.