İkinci Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Elman Babaxanovdur.
Unikal.org xəbər verir ki, o, döyüşlərdə düşmənə ağır zərbələr vurub və bir sıra ərazilərin azad olunasında birbaşa iştirak edib.
Cəmşid Naxçıvaniski adına Hərbi Liseydə təhsilini başa vurduqdan sonra Naxçıvana təyinat alan Elman orduda baş leytenant rütbəsində xidmət edib. İkinci Vətən müharibəsi başlayan zaman isə o, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb.
Həyat yoldaşı Züleyxa Babaxanovanın sözlərinə görə, Elman Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunması məqsədi ilə aparılan döyüşlərində iştirak edib.
Qeyd olunan ərazilərə ilk daxil olan döyüçülərdən olub. Düşmənin bir neçə hərbiçisini məhv edib.
Elman Babaxanov 9 noyabr tarixində Xocavənd rayonunun adsız yüksəkliklərinin birinin azad olunması döyüşündə düşmənin snayper gülləsindən başından yaralanaraq şəhid olub. O, öz komandirinin qucağında gözlərini əbədi olaraq yumub. Həyat yoldaşı bildirir ki, şəhid olmamışdan bir neçə gün əvvəl döyüşlərdə göstərdiyi şücaətinə görə Elmana vaxtından əvvəl kapitan rütbəsi verilib.
Qeyd edək ki, Elman Babaxanov İkinci Fəxri xiyabanda dəfn olunub.