Livanda hökumət böhranı gərginləşib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, etnik və məzhəb fərqlərinə əsaslanan mürəkkəb siyasi sistemə malik bu ərəb ölkəsində hökumətin fəaliyyəti iflic olub.
Livan prezidenti xristian-maronit ərəbi Mişel Avn hökuməti qurmağı sünni ərəbi baş nazir Səəd Əl-Haririyə tapşırıb. Baş naziri xristian nazirlərin təyinatını yubatmaqda ittiham edən prezident hökumət böhranının səbəbkarı kimi onu günahlandırıb. Ölkə konstitusiyasını pozaraq, xristian nazirlər üçün ayrılmış kvotanı azaltmaqda suçlanan baş nazir isə ittihamları qəbul etmir. Böhranın daha da dərinləşdiyi bildirilir.