2050-ci ildə Rusiya əhalisinin sayı 125 milyon nəfərə qədər azalacaq.
Unikal.org xəbər verir ki, bu iddia ilə “Ayıq Rusiya” layihəsi çıxış edib. Əhali artımına neqativ təsir edən faktorların alkoqol, tütün və narkotik istifadəsi olacağı bildirilib.
Məlumatda dövlətin tütün, narkomaniya, alkoqolizmdən olan iqtisadi itkisinin ÜDM-nin 12%-i miqdarında olduğu vurğulanıb:
“Hər il Rusiyada alkoqol, narkotik və tütün ucbatından 1 milyon insan ölür. Son 25 ildə Rusiyada alkoqol, narkotik və tütünə görə 30 milyondan çox insan ölüb”.
Bununla belə “Ayıq Rusiya” doğum səviyyəsinin azalmasının təkcə 90-cı illərdəki demoqrafik uğursuzluqla bağlı olmadığını, həm də bunun insanların psixoloji, narkotik vasitələrin istifadəsinin doğurduğu nəticələrlə bağlı olduğunu bildirib.