Gürcüstanın Acarıstan Muxtar Respublikasında parlamentin istefasını tələb edən etirazçılar aksiya keçirib.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, muxtariyyətin paytaxtı Batum şəhərində yerli parlamentin ilk iclası başlayıb. Acarıstan parlamentinin önünə toplaşan müxalif fəallar parlamentin saxta seçkilərlə formalaşdığını bəyan edərək deputatları dərhal istefa verməyə çağırıblar. Etirazçılar qanunverici orqanın binası önünə zibil torbaları atıblar. Polis aksiyaya müdaxilə edib. Qarşıdurma yaranıb. Saxlanılanların olduğu bildirilir.