Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Mirzəliyev Aqil Mehman oğludur.
Unikal.org xəbər verir ki, İsmayıllı rayon sakini 21 yaşlı şəhid bir çox rayon və kəndlərin işğaldan azad edilməsində iştrak edib.
Murov yüksəkliyi, Cəbrayıl, Füzuli və Hadrut qəsəbəsinin işğaldan azad edilməsində iştirak edərək böyük şücaət göstərib. Aqilin son döyüşü isə Xocavənd rayonunun Tuğ kəndində olub. Elə bu döyüşdə də şəhidlik zirvəsinə ucalıb.
Şəhidin qardaşının sözlərinə görə, Aqil döyüşə getdiyini tək ona deyib və tapşırıb ki, valideyinlərindən muğayət olsun, yoxluğunu hiss etməsinlər.
Qeyd edək ki, Aqil 613 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinə qəbul olub. Böyük Vətən müharibəsi başladıqda isə könüllü döyüşlərə yola düşüb.