Türkiyənin daxili işlər naziri Süleyman Soylu polislər haqqında danışıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir Türkiyə polislərinin pensiya miqdarının az olduğunu dilə gətirib. Hazırda 350 min lirə olan bu məbləğin 500 min lirəyə çatdırılmalı olduğunu bəyan edən Süleyman Soylu polislərin PKK və FETO kimi terror təşkilatları ilə mübarizəsini yüksək qiymətləndirib.
"Məmləkət üçün şəhidliyi gözə alan polisə hər şey halaldır", - deyə əlavə edən nazir bu vaxta kimi şəhid olmuş polislərə Allahdan rəhmət diləyib.