Səudiyyə Ərəbistanı əhalinin koronavirus əleyhinə vaksinasiyasına başlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, krallığın Səhiyyə Nazirliyi vətəndaşların vaksin olunmaq üçün onlayn qeydiyyatdan keçəcəyi portalı istifadəyə verib.
"BioNTech" və "Pfizer" şirkətlərindən alınmış vaksinlərin tam təhlükəsiz olduğu vurğulanıb. Bu vaksinlərin davamlı şəkildə antikor ifraz etdiyi üçün ən effektiv vaksin olduğu bildirilib. Vaksinasiya yaş, çəki və keçirilən xəstəliklərdən asılı olaraq mərhələli şəkildə 3 dönəm üzrə aparılacaq.