NATO nüvə silahının qadağan edilməsi haqqında razılaşmaya qarşı çıxır.

Unikal.org  xəbər verir ki, bu, NATO-nun bəyanatında yer alıb. Alyans nüvə silahının qadağan edilməsi haqqında razılaşmanın müasir beynəlxalq təhlükəsizlik şərtlərini əks etdirmədiyini bildirib.

Qeyd edək ki, nüvə silahının qadağan edilməsi haqqında razılaşma 2017-ci ildə imzalanıb. Razılaşmaya Avropa Birliyi ölkələrinin əksəriyyəti, o cümlədən nüvə klubunun bütün üzvləri qarşı çıxıb.