"Twitter" platformasına 450 min avro cərimə kəsilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qərarı İrlandiya hökuməti verib.
Səbəbin şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması olduğu bildirilib. Belə ki, "Twitter"də texniki xəta nəticəsində bəzi özəl paylaşımların publik formada görünməsi qeydə alınıb. Bunun Avropa Birliyinin müvafiq qanunvericiliyinə zidd olduğu vurğulanıb.