Serj Sarkisyan dönəmində Ermənistanın baş naziri olmuş Karen Karapetyan da Nikol Paşinyanı istefa verməyə çağırıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Karapetyan Paşinyanın məğlubiyyətin əsas baiskarı sayıb. Ölkəni bundan sonra idarə edə bilməyəcəyini söyləyib və onu dərhal istefa verməyə çağırıb.
Qeyd edək ki, bir müddət öncə Karen Karapetyan müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyanla görüşmüşdü.