Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
M. Çavuşoğlu ABŞ-ın Türkiyəyə qarşı birtərəfli qaydada tətbiq etdiyi sanksiya ilə bağlı M. Pompeoya öz etirazını bildirib. O, ABŞ-ın sanksiya qərarına ölkəsinin sərt mövqeyini M. Pompeonun diqqətinə çatdırıb.