"Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə Vaşinqtonun Ankaraya tətbiq etdiyi sanksiyalar ikitərəfli münasibətlərə ciddi zərbə vurdu".
Unikal.org xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.
"ABŞ-ın müttəfiq münasibətlərimizlə uyğunlaşmayan, mövcud hərbi və siyasi həqiqətlərimizlə uzlaşmayan sanksiya qərarını qınayırıq. Bu, birliyimizin əsaslandığı dəyərlərə ciddi zərbə vurdu".
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib. ABŞ dövlət katibi Mayk Pompeo sanskiya tətbiqini Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə əsaslandırıb.