Böyük Britaniyada son sutka ərzində 18 450 nəfər koronavirusa yoluxub, 506 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 888 116 nəfərə çatıb. İndiyə qədər 64 908 nəfər virusun qurbanı olub.
Qeyd edək ki, son bir neçə gündə London bir daha Böyük Britaniyada xəstəliklərin yayılması baxımından birinci yerə çıxıb. Buna görə də gecə yarısından etibarən sərtləşdirilmiş üç səviyyəli məhdudiyyətlər sisteminin tətbiqinə keçiləcək.