Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində 4,3 milyondan çox artıb. Bu pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.
Unikal.org xəbər verir ki, ÜST-in məlumatına görə, 7-13 dekabr tarixlərində dünyada 4 329 927 yeni yoluxma hadisəsi və 70 476 836 ölüm qeydə alınıb. Yoluxmanın və ölüm hadisəsinin 86 faizi Amerika və Avropanın payına düşür. Son üç həftə ərzində Avropada vəziyyət sabitləşib. Son bir həftədə Afrikada yoluxma və ölüm sayında artım müşahidə olunub. Cənub-Şərqi Asiyada isə əksinə bu göstəricilərdə azalma olub.