Qazaxıstanda dünyanın ən böyük canavar heykəli hazırlanıb.

Unikal.org xəbər verir ki, heykəl metal və plastikdən hazırlanıb. Hündürlüyü postamentlə birlikdə 9,7 metrdir. Qurd fiqurunun özünün ölçüsü 6 metrdir. Heykəlin çəkisi təxminən 5 tondur.

Heykəl Amantay Medigaliev tərəfindən hazırlanıb və o, "Guinness" kitabına düşmək üçün müvafiq sənədlərin toplandığını bildirib. Belə ki, heykəlin tam hazırlanması tezliklə başa çatacağı və açılışın isə 2021-ci ilin əvvəllərində olacağı bildirilib.  

No description available.

No description available.

No description available.