Fransada "Charlie Hebdo" işi üzrə 14 nəfərə hökm oxunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Parisdə keçirilən məhkəmə prosesində 2015-ci ildə "Charlie Hebdo" jurnalının redaksiyasında baş verən hadisələrə baxılıb.
17 nəfərin öldürüldüyü hadisələrdə 14 nəfər günahkar bilinib. Onlara 4 ildən ömürlük həbsə qədər müxtəlif cəzalar kəsilib. Həmçinin 3 şübhəli də hadisə zamanı polis əməliyyatı zamanı öldürülmüşdü.
Qeyd edək ki, 2015-ci ildə "Charlie Hebdo" jurnalında İslam peyğəmbəri Məhəmməd peyğəmbəri təhqir edən karikatura dərc edilmişdi. Dünya müsəlmanlarının heysiyyatına toxunan bu hadisədən sonra redaksiyaya silahlı hücum təşkil olunmuşdu.