Çeçenistanın Kurçalay rayonunda insident baş verib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, avtomobillə postdan keçən naməlum şəxslər onları saxlayıb yoxlamaq istəyən polislərin üzərinə partlayıcı maddə atıb.

Nəticədə iki polis əməkdaşı ölüb, postda dağıntılar əmələ gəlib. Partlayış nəticəsində bir neçə polis əməkdaşı da yaralanıb. Hadisəni törədənlər qaçmağa müvəffəq olub. Araşdırmalar davam edir.