Ermənistanın baş naziri Nikol Paşinyan 31 dekabrda istefa verə bilər.

Unikal.org  xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Qəzet iddia edir ki, N.Paşinyan istefası barədə məlumatı Yeni il mesajı ilə verəcək.

Qeyd edək ki, noyabr ayının əvvəlindən müxalifət, erməni xalqı Nikol Paşinyanın baş nazir postundan istefasını tələb edir.