Rusiya prezidenti Vladimir Putin Ramzan Kadırovun fəaliyyətini təqdir edib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Putin bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb. Putin Çeçenistan prezidentinin fəaliyyətini yüksək qiymətləndirib.

"Ramzan Kadırov təkcə Çeçenistanın yox, bütün Rusiyanın milli maraqlarını qoruyur", - deyə Putin əlavə edib.