"Brexit" prosesi ağrılı şəkildə davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, danışıqların növbəti raundunda da uğurlu nəticə əldə olunmayıb. Nəticədə Avropa İttifaqı Böyük Britaniyaya ultimatum xarakterli mesaj verib. Ticarət və bir sıra digər sahələrdə anlaşmaya varmaq üçün Britaniyaya vaxt qoyulub.
Belə ki, Yeni ilə qədər anlaşmaların qüvvəyə minməsi üçün qərar anının gəldiyi bildirilib. Bir neçə saata danışıqlarda yekun qərar verilməli olduğu bəyan edilib. Hazırda gərginlik davam etməkdədir.