"Həftənin ikinci günündən bütün ölkə üzrə tətil elan edirik. Ermənistan ərazisində təhsil dayandırılır, kütləvi vətəndaş itaətsizliyi başlayır".
Unikal.org “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu dekabrın 19-da “daşnak”ların təmsilçisi İşxan Saqatelyan bildirib.
O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb:
“Dekabrın 22-si saat 12:00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yolları bağlayacağıq”.
Qeyd edək ki, dekabrın 19-21-dək Ermənistanda matəm elan olunub. Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar.