Yaponiyanın Ayti mərkəzi prefekturasında ən böyük yapon avtomobil istehsalçısı “Toyota Motor” zavodunda yanğın başlayıb.
Unikal.org xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Ölənlərlə bağlı məlumat yoxdur. Müəssisənin ərazisində və ona bitişik binalardan ümumilikdə 300 nəfər təxliyyə edilib.
Yanğını söndürmək üçün hadisə yerinə 14 yanğınsöndürmə briqadası cəlb olunub.